...

Ötən il Azərbaycanda uzunluğu 500 kilometrdən çox olan yol tikilib və təmir edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 17:39 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ötən il 537,2 km uzunluğunda respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib və təmir olunub.
Ötən il Azərbaycanda uzunluğu 500 kilometrdən çox olan yol tikilib və təmir edilib

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ötən il 537,2 km uzunluğunda respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib və təmir olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü ASC-nin saytında yerləşdirilən ötən ilin yekunlarına həsr edilmiş hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, tikilən və təmir edilən yolların ümumi sayından 134,6 kilometr respublika əhəmiyyətli yollların, 402,6 kilometr isə yerli əhəmiyyətli yolların payına düşüb.

2012-ci ildə ümumilikdə 25 körpü istismara verilib.

"Avtomobil yolları və körpülərin saxlanılması, təmiri, bərpası və tikintisinə ötən il 180 milyon manat xərclənib", - hesabatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti