...

Mərkəzi Bank: Azərbaycanda iqtisadi gözləntilər nikbindir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 19:02 (UTC +04:00)
Hökumətin, Mərkəzi Bankın, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunlarına dair pul siyasəti icmalında deyilir.
Mərkəzi Bank: Azərbaycanda iqtisadi gözləntilər nikbindir

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Axundov/

Hökumətin, Mərkəzi Bankın, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunlarına dair pul siyasəti icmalında deyilir.

Dünya Bankı açıqladığı son iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə davam edəcəyini və 4,2 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bütövlükdə DB, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı və BMT-nin proqnozları 2013-cü ildə ölkədə iqtisadi artımın orta 3,5 faiz olacağını göstərir.

AMB tərəfindən aparılan Real Sektorun Monitorinqi (RSM) də iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir. Belə ki, RSM nəticələrinə əsasən, ilin əvvəlindən xidmətə tələb və ticarət üzrə satış gözləntisi indeksi artıma meyillidir. Pozitiv gözləntilər eyni zamanda sənayenin qida, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, elekrtik məişət avadanlıqları seqmentlərində müşahidə edilib.

Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü büruzə verib. Ümumilikdə, AMB tərəfindən aparılan RSM nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini və bu artımın dayanıqlı olduğunu göstərir.

Benyəlxalq Valyuta Fondunun son hesabatına əsasən, 2013-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 6 faiz təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da MDB ölkəri ilə müqayisədə 1,7 faiz bəndi aşağıdır. Asiya İnkişaf Bankı da öz hesabatlarında 2013-cü ildə inflyasiyanın birrəqəmli səviyyədə olacağını və 6 faiz təşkil edəcəyini proqnozlaşdırır.

"AMB tərəfindən müntəzəm aparılan Real Sektorun Monitorinqinin nəticələrinə əsasən, iqtisadiyyatda qiymət gözləntilərində əhəmiyyətli artımlar yoxdur. 2012-ci ilin 6 ayı ərzində sənaye və tikinti sektorunda müsbət gözlənti müşahidə olunub, mövsümiliklə əlaqədar isə ilin son 3 ayında qiymət gözləntilərində azalma meyli nəzərə çarpıb. İl ərzində xidmət və ticarət sektorunda isə qiymət gözləntiləri indeksi neqativ zonada olub", - icmalda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti