...

İran və Pakistan arasında qeyri-neft sahəsində mal dövriyyəsi 718 milyon dollar təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2013 14:52 (UTC +04:00)
Hazırkı İran təqvimi üzrə 10 ay ərzində (2012-ci il 20 mart - 2013-cü il 19 yanvar) İranla Pakistan arasındakı mal dövriyyəsi 718 milyon dollar təşkil edib. Bu barədə İSNA xəbər agentliyinin şənbə günü məlumat verib.

Azərbaycan, Bakı, 16 Fevral /Trend, müxbirlər A.Bədəlova, F.Mehdi/

Hazırkı İran təqvimi üzrə 10 ay ərzində (2012-ci il 20 mart - 2013-cü il 19 yanvar) İranla Pakistan arasındakı mal dövriyyəsi 718 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə İSNA xəbər agentliyinin şənbə günü məlumat verib.

Bu göstərici keçən ilin analoji dövrünün göstəricisindən 11,6 faiz yüksəkdir.

Bu dövrdə ikitərərfli ticarətdə İran və Pakistanın payı müvafiq olaraq 533 milyon və 165 milyon dollar təşkil edib.

Pakistanın ticarət naziri Mahmud Amin Fahimin sözlərinə görə, 2008-ci ildən 2009-cu ilə qədər hər iki ölkə arasında mal dövriyyəsi 1,32 milyard dollara çatıb. Eyni zamanda 2009-2010-cu illərdə 1,6 milyard, 2010-2011-ci illərdə 734.94 milyon dollaradək azalıb.
Pakistan İrana əsasən düyü, ət və ət məhsulları, kənd təsərrüfatı məhsulları və toxuculuq malları ixrac edir.

Ölkənin İrandan idxal etdiyi mallar arasında əsas yeri neft məhsulları, üzvi kimya məhsulları, plastmas, dəmir filizi və konsentratları, və polad tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti