...

Azərbaycanın metallurgiya sənayesində istehsalat 18,1 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2013 16:04 (UTC +04:00)
2013-cü ilin yanvarında Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatları istehsal edən müəssisələri tərəfindən 18,1 milyon manat məbləğində məhsul istehsal edilib və xidmət göstərilib.

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvarında Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatları istehsal edən müəssisələri tərəfindən 18,1 milyon manat məbləğində məhsul istehsal edilib və xidmət göstərilib. Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar ayında metallurgiya sənayesində istehsalın həcmi 61,6 faiz, hazır metal məmulatlarının istehsal həcmi isə 55,2 faiz artıb.

Ötən ayın yekunu üzrə tökmə çuqun istehsalı 127,4 ton təşkil edib ki, bu da 2011-ci ilin analoji dövr göstəricisindən 1,6 dəfə çoxdur. Bu dövrdə 96 ton tökmə polad, 7,3 min ton polad boru istehsal olunub.

2012-ci il ərzində qara metallardan hazırlanan yarımfabrikatların ixrac həcmi 110 min ton (58 milyon dollardan çox) təşkil edib ki, bu da 2011-ci ilin analoji dövr göstəricisindən 45,8 faiz (pulla ifadədə 36,7 faiz) azdır.

Ötən ilin 12 ayı ərzində qara metallardan hazırlanan boruların ixracı 49,4 min ton (təqribən 48,5 milyon dollar) təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövr göstəricisindən 50,8 faiz (pulla ifadədə 52,8 faiz) azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti