...

Azərbaycana ötən il avtomobil idxalı 38 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2013 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.İsmayılov/

2012-ci ildə Azərbaycana 89,65 min minik avtomobili idxal edilib ki, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə 38,1 faiz çoxdur. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, hesabat dövrü ərzində idxal edilən avtomobillərin ümumi dəyəri 760 milyon dollar olub. Bu isə 2011-ci ilin göstəricisindən 17,6 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana 9432 ədəd yük avtomobili idxal edilib. Bu rəqəm 2011-ci ilə nisbətdə 52,7 faiz çoxdur. Ölkəyə gətirilən yük avtomobillərin ümumi dəyəri 213,4 milyon dollardan artıq təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 45,6 faiz çoxdur.

Bundan əlavə, ötən il respublikaya 1038 ədəd avtobus idxal edilib ki, bu da 2011-ci illə müqayisədə 58,5 faiz çoxdur. Həmin dövrdə ümumi dəyəri 49,88 milyon dollar olan avtobus gətirilib. Bu rəqəm 2011-ci ilin göstəricisindən 88,1 faiz artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti