...

Yunanıstanda iri bank qrupu yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2013 00:46 (UTC +04:00)
Yunanıstanın milli bankı məlumat yayaraq bildirib ki, Avrobankın 84.35 faiz səhmlərinə sahibdir və onunla birgə fəaliyyət ölkədə iri bank qrupunun yaranmasına gətirib çıxaracaq.
Yunanıstanda iri bank qrupu yaradılacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Yunanıstanın milli bankı məlumat yayaraq bildirib ki, Avrobankın 84.35 faiz səhmlərinə sahibdir və onunla birgə fəaliyyət ölkədə iri bank qrupunun yaranmasına gətirib çıxaracaq. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Yunanıstanın milli bankının baş direktoru Aleksandr Turkulias bankın əməkdaşlarına müraciətində deyib ki, milli bank və Avrobank güclərini birləşdirəcək və ölkənin yunan maliyyə sistemindəki çağırışlara cavab verə biləcək iri bank qrupu formalaşdıracaq.

Məlumatda bildirilir ki, yaradılacaq bank likvidliyi yüksəltmək, xərcləri və riskləri azaltmaq üçün yenidən maliyyələşməni həyata keçirəcək.

"Bizim hədəfimiz yunan maliyyə sisteminə olan etimadı qaytarmaq və iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi imkanlarını artırmaqdır" - deyə baş direktor əlavə edib.

Xəbər lenti

Xəbər lenti