...

Türkiyə və Rusiya birgə Samsun-Qafqaz dəmiryolu-bərə xəttini işə salıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2013 17:44 (UTC +04:00)
Türkiyə və Rusiya birgə Samsun-Qafqaz dəmiryolu-bərə xəttini işə salıblar. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım deyib.
Türkiyə və Rusiya birgə Samsun-Qafqaz dəmiryolu-bərə xəttini işə salıblar

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə və Rusiya birgə Samsun-Qafqaz dəmiryolu-bərə xəttini işə salıblar. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım deyib.

Nazirin sözlərinə görə, Rusiyanın cənubu və Türkiyənin şimalı ən qısa yolla yeni dəhlizlə birləşdiriləcək, Rusiya ərazisində dəhlizin daxili rayonlarla, şərq, şimal və qərblə əlaqəsi qurulacaq. Türkiyə ərazisindəki şimal və cənub dəhlizləri də birləşdiriləcək ki, bu da kombinasiyalı, tam inteqrasiya edilmiş nəqliyyat fəaliyyətini təmin edəcək.

Qeyd edək ki, layihənin həyata keçirilməsinə 2005-ci ildə start verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti