...

Sahibkarlar üçün "Logistika" mövzusunda treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2013 19:04 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün “Logistika” mövzusunda treninq keçirilib.
Sahibkarlar üçün "Logistika" mövzusunda treninq keçirilib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün "Logistika" mövzusunda treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə logistikanın mahiyyəti və məqsədi, logistik idarəetmə, nəqliyyatın, anbar təsərrüfatının, mal ehtiyatının, kommersiya fəaliyyətinin, kadrların, informasiya sisteminin səmərəli idarə edilməsində logistika sahəsində mütəxəssislərin vəzifələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə sahibkarlara ətraflı məlumat verilib.

Tədbirdə iştirakçıları, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.

Sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti