...

Yunanıstan şirkətləri Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2013 12:23 (UTC +04:00)
Yunanıstan şirkətləri Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan-Yunanıstan Ticarət-İqtisadi Palatasının cümə axşamı yaydığı məlumatda deyilir.
Yunanıstan şirkətləri Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Yunanıstan şirkətləri Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan-Yunanıstan Ticarət-İqtisadi Palatasının cümə axşamı yaydığı məlumatda deyilir.

İqtisadiyyatın bütün sahələrində əməkdaşlığın perspektivləri martın 6-8-də iki ölkənin iş adamlarının iştirakı ilə keçiriləcək forumda müzakirə ediləcək.

Forumun təşkilatçısı qismində Azərbaycan-Yunanıstan Ticarət-İqtisadi Palatası çıxış edir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan və Yunanıstanda çalışmağı arzu edən iki ölkənin ticarət və kommersiya strukturlarına dəstək göstərməkdir.

Yunanıstanlı iş adamlarının missiyasına iqtisadiyyat, turizm, tikinti, xidmətlər, gəmiçilik, energetika, İKT, nəqliyyat, kənd təsərrüfatı, eləcə də səhiyyə və təhsil sahələrində çalışan iri şirkətlərin nümayəndələri daxildir.

Yunanıstanın biznes dairələrinin nümayəndə heyətinin səfəri bu ölkənin "Nomos Travel" şirkətinin dəstəyi ilə keçiriləcək.

İkigünlük forum çərçivəsində Yunanıstan şirkətləri öz potensiallarını təqdim edəcək, eləcə də ölkənin iqtisadi potensialı ilə tanış olmaq imkanı əldə edəcəklər.

Biznes forum çərçivəsində mədəni proqram da təşkil olunacaq. Bu proqram çərçivəsində Yunanıstan mədəniyyəti və milli mətbəxi təqdim olunacaq.

Forum Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti