...

Bu il Bakıda bir sıra iri yol-nəqliyyat obyektlərinin tikintisi başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC cari il Bakıda Ziya Bünyadov prospektinin yenidən qurulması üzrə işləri başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə. Bu barədə cümə günü jurnalistlərə ASC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Ziya Bünyadov prospektinin yenidən qurulması bu ilin sonuna tamamlanması planlaşdırılan layihələrdən biridir.

Həmçinin, 2013-cü ildə "Böyük şor" və "Koroğlu" dairələrini qovuşduran yolların birləşdirilməsi üzrə işlərin başa çatdırılması planlaşdırılır, bundan sonra avtomobil şosesi Ziya Bünyadov prospekti ətrafından, sonra isə hazırda "Böyük şor" ərazisində tikilən Olimpiya stadionunun yanından keçəcək. Qurbanovun sözlərinə görə, nəticədə Zabrat, Maştağa qəsəbələri və Heydər Əliyev Hava Limanına aparan yollarda yüklənməni qismən aradan qaldıra biləcək olduqca uzunməsafəli şose olacaq.

Qurbanov deyib ki, yeni yol Heydər Əliyev prospekti ilə paralel keçəcək və F.X.Xoyski və Həsən Əliyev küçələrini birləşdirəcək.

"Gənclik" metrostansiyası ərazisində yeni yolayrıcının yaradılması çərçivəsində cari ilin iyun ayınadək yeraltı tunellərin tikintisinin yekunlaşdırılması planlaşdırılır. Bununla paralel olaraq, burada yeraltı piyada keçidlərinin tikintisi üzrə işlər aparılacaq.

Piyada keçidləri mövzusuna toxunan Qurbanov qeyd edib ki, bu il, həmçinin Heydər Əliyev prospektinin keçilməsi üçün tunelin tikintisinin tamamlanması planlaşdırılır. Belə tunelə zərurət onunla izah edilir ki, hazırda prospektdən keçmək yalnız bir körpü vasitəsilə mümkündür. "Həmçinin prospekt boyunca inzibati və digər binaların olmasını və tikintisini nəzərə alınaraq, bu tunelin inşa edilməsi qərara alınıb", - Qurbanov qeyd edib.

Keçidin bağlı hissəsinin uzunluğu 100 metr, ümumi uzunluğu isə təqribən 300 metr olacaq.

Qurbanovun sözlərinə görə, həmçinin bu tunellə "Şəfa" stadionunda keçirilən oyunlar zamanı insanların prospekti keçməsini təmin etmək mümkün olacaq.

ASC sədri bildirib ki, gələcəkdə bu keçiddən yolun salınması planlaşdırılır. Yol Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən, eləcə də Həsən Əliyev küçəsindən Nobel və Babək prospektlərinə çıxışı təmin etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti