...

Mərkəzi Bankda regional mərkəzi bankçılığın inkişaf etdirilməsi ilə əlaqədar seminar keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 17:43 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə “Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması” və “Modern və standartlaşdırılmış statistika sisteminin yaradılması” proqramları çərçivəsində seminar öz işinə başlayıb.
Mərkəzi Bankda regional mərkəzi bankçılığın inkişaf etdirilməsi ilə əlaqədar seminar keçirilir (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" və "Modern və standartlaşdırılmış statistika sisteminin yaradılması" proqramları çərçivəsində seminar öz işinə başlayıb.

Bankdan trend-ə verilən məlumata görə, seminarın məqsədi nağd pulun regional idarəetmə sistemlərinin təkmilləşdirilməsi, Elektron statistik məlumat bazası və Analitik hesabatlılıq sisteminin (ESAS) praktiki tətbiqi, Kredit reyestri xidmətinə sorğu və müraciətlərin cavablandırılması ilə bağlı metodiki göstərişlərin verilməsindən ibarətdir.

Seminarda Statistika departamentinin direktoru E.Cəfərov, Xəzinə departamentinin direktoru F.Ələkbərov, Mərkəzləşdirilmiş kredit reyestri xidmətinin rəhbəri E.Həbibov, Nağd pulun idarə edilməsi şöbəsinin rəisi E.Mahmudov tərəfindən müvafiq proqramlar çərçivəsində həyata keçirilən layihələr barəsində məlumat verilib.

Seminar zamanı regional mərkəzi bankçılığın inkişaf etdirilməsi, nağd pul idarəetməsinin yeni logistika modelinin yaradılması, nağd pulla əməliyyatlarda effektivliyin yüksəldilməsi və risklərin minimallaşdırılması, Elektron statistik məlumat bazası və Analitik hesabatlılıq sisteminin (ESAS) praktiki tətbiqi, real sektorun regional monitorinq əhatəsinin genişləndirilməsi, Kredit reyestri xidmətinə sorğu və müraciətlərin cavablandırılması və Mərkəzi Bankda elektron sənəd dövriyyəsinin təşkili ilə əlaqədar Nağd pul, Statistika, İnformasiya texnologiyaları departamentləri, Mərkəzləşdirilmiş kredit reyestri xidməti tərəfindən təqdimatlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti