...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2013 12:37 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01) möhkəmlənib. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 78472 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

11 fevral

0,7848

18 fevral

0,7847

12 fevral

0,7848

19 fevral

0,7847

13 fevral

0,7848

20 fevral

0,7848

14 fevral

0,7847

21 fevral

0,7847

15 fevral

0,7847

22 fevral

0,7847

Həftə ərzində orta

0,78476

Həftə ərzində orta

0,78472

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə məzənnəsi dəyişməz qalıb. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7837 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 18, 20 və 21-də sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7837 AZN/USD səviyyəsində qalıb; fevralın 19-da 0,7837 AZN/USD məzənnə ilə 4,895 mln.dollar; fevralın 22-də 0,7837 AZN/USD məzənnə ilə 2,856 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

11 fevral

0,7834

18 fevral

0,7837

12 fevral

0,7834

19 fevral

0,7837

13 fevral

0,7834

20 fevral

0,7837

14 fevral

0,7834

21 fevral

0,7837

15 fevral

0,7837

22 fevral

0,7837

Həftə ərzində orta

0,78346

Həftə ərzində orta

0,7837

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti