...

"Kapital Bank" kart sahiblərinə bayram endirimləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2013 15:02 (UTC +04:00)
"Kapital Bank" öz ənənələrinə sadiq qalaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müştərilərinə bayram sürprizləri hazırlayıb.
"Kapital Bank" kart sahiblərinə bayram endirimləri təklif edir

Azərbaycan, Bakı, 25 fevral /Trend/

"Kapital Bank" öz ənənələrinə sadiq qalaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müştərilərinə bayram sürprizləri hazırlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, 25 fevral 2013-cü ildən 10 mart 2013-cü ilə qədər qadın müştərilər üçün Visa/MasterCard Gold və Platinum ödəniş kartlarının qiymətində 50 faiz endirim ediləcək.

11 mart 2013-cü ildən 20 mart 2013-cü ilə qədər isə bütün müştərilər Visa Classik/Gold/Platinum, həmçinin MasterCard Standard/Gold/Platinum ödəniş kartlarını 50 faiz endirimlə ala biləcəklər.

Kampaniya ilə bağlı 196 nömrəli müştəri xidmətindən ətraflı məlumat almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti