...

Mərkəzi Bank: Azərbaycanda milli valyutanın məzənnəsi sabit olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2013 12:38 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə milli valyutanın məzənnəsinin sabitliyini saxlamaq niyyətindədir.
Mərkəzi Bank: Azərbaycanda milli valyutanın məzənnəsi sabit olacaq

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə milli valyutanın məzənnəsinin sabitliyini saxlamaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə AMB-nin İdarə heyətinin sədri Elman Rüstəmov bildirib.

"Azərbaycanda manatın məzənnəsi sabitdir və biz onun davamlılığını saxlamaq fikrindəyik", - Rüstəmov deyib.

Qeyd edək ki, 2012-ci ildə Mərkəzi Bank manatın məzənnəsinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinin qarşını almaq və bununla da qeyri-neft sektorunun rəqabətə davamlılığına mənfi təsirin neytrallaşdırılması məqsədilə 1584 milyon dollar məbləğində valyutanın sterilləşdirilməsini aparıb.

AMB manatın məzənnəsinin həm ucuzlaşma, həm də bahalaşma tərəfə həddindən artıq dəyişməsindən qaçmaq məqsədilə milli valyutanın məzənnəsinə nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti