...

Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2013 15:21 (UTC +04:00)
Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ətrafında müzakirələr aparılıb. Strategiyanın hazırlanmasında Azərbaycan tərəfinin fəal rol oynadığını vurğulayan Henri Kerali ötən 2 il üzrə aralıq hesabatın hazırlanacağını və növbəti 2 il üçün strategiyanın əsas priroritetlərinin müəyyən ediləcəyini bildirib.

Bununla yanaşı, görüşdə Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında səmərəli və işgüzar əlaqələrin mövcudluğu yüksək qiymətləndirilib, cari layihələr, o cümlədən, Birgə İqtisadi Tədqiqatlar Proqramının qəbulu ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti