...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 30 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2013 19:22 (UTC +04:00)
2013-cü ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 45,12 faiz azalaraq 1,053 milyard manat təşkil edib.
Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 30 faizdən çox artıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 45,12 faiz azalaraq 1,053 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü BFB-nin yaydığı məlumatda deyilir.

Ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının 46,72 faiz azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı 35,47 faiz artıb.

Dövlət qiymətli kağızlar bazarı yanvar-fevralda təqribən 1 milyard manat, korporativ kağızlar bazarının dövriyyəsi isə 53,84 milyon manat təşkil edib.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-fevral ayları):

Bazarın seqmentləri

2013 (28.02.13)

2012 (29.02.12)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

12 343 501,00

20

9 970 335,00

9

123,80%

Korporativ istiqrazlar - (təkrar bazar)

8 786 838,91

14

24 215 857,71

12

36,29%

Səhmlər - (yerləşdirmə)

32 320 620,54

35

5 303 000,00

9

609,48%

Səhmlər - (təkrar bazar)

387 270,87

584

252 942,93

304

153,11%

KQK bazarı cəmi

53 838 231,32

653

39 742 135,64

334

135,47%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-fevral ayları):

Bazarın seqmentləri

2013 (28.02.13)

2012 (29.02.12)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə

0,00

0

0,00

0

-

Dİ (AR MN) -

(təkrar bazar)

0,00

0

0,00

0

-

Notlar (AR MB) - (yerləşdirmə)

79 909 015,10

27

199 672 098,71

53

40,02%

Notlar (AR MB) -

(təkrar bazar)

39 949 480,00

3

2 495 727,50

1

1600,71%

Repo əməliyyatları

879 440 741,90

88

1 676 981 076,72

243

52,44%

DQK bazarı cəmi

999 299 237,00

118

1 879 148 902,93

297

53,18%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti