...

İİN-də BVF-nin Azərbaycan üzrə missiyası ilə müzakirələr aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2013 19:26 (UTC +04:00)
Martın 1-də Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası İqtisadi İnkişaf Nazirliyində olub və nazir Şahin Mustafayevlə görüşüb.
İİN-də BVF-nin Azərbaycan üzrə missiyası ilə müzakirələr aparılıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

Martın 1-də Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası İqtisadi İnkişaf Nazirliyində olub və nazir Şahin Mustafayevlə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatında aparılan islahatlar, 2012-ci ilin yekunları üzrə makroiqtisadi vəziyyət, son illərin inkişaf meylləri, 2013-2017-ci illərdə Azərbaycanın əsas makroiqtisadi proqnozları barədə məlumat verib.

Missiya üzvlərinə bildirilib ki, 2013-2017-ci illər ərzində iqtisadi artımı orta hesabla 5.1%, o cümlədən, qeyri-neft sektorunda 8% proqnozlaşdırır. Bu dövrdə orta illik inflyasiya 4.4% təşkil edəcək.

BVF Azərbaycan üzrə missiyası ilə görüşdə 2013-cü il üçün makroiqtisadi çərçivə, qeyri-neft sektorunun, xüsusilə özəl bölmənin inkişafı tədbirləri və s. məsələlər müzakirə edilib.

Görüşdə, həmçinin, missiya üzvlərinin sualları cavablandırılıb, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti