...

Azərbaycan Mərkəzi Bankı üç ilə auditor cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycan Mərkəzi Bankı 2013, 2014 və 2015-ci illər üzrə maliyyə hesabatlarının illik auditinin Beynəlxalq Audir Standartlarına uyğun keçirilməsi üçün açıq tender elan edib. Bu barədə Trend çərşənbə günü "Xalq Qəzeti"nə istinadən məlumat verir.

Auditin aparılma müddəti 2 aydır.

Tender proseduru 25 aprel 2013-cü il, saat 15:00-da Mərkəzi Bankın inzibati binasında (Bakı ş., R.Behbudov küç., 32) keçiriləcək.

İddiaçı şirkətin və audit heyəti rəhbərlərinin mərkəzi bankların auditində iş təcrübəsi olmalıdır.

Tenderdə iştirak haqqı 250 AZN təşkil edir.

Tender təklifləri və tender təklifinin qiymətinin bir faiz məbləğində bank təminatı 24 iyul 2013-cü ilədək təqdim edilməlidir. Tender təklifləri və bank zəmanəti 24 aprel saat 18:00-dək təqdim edilə bilər, digər sənədlər isə 16 aprel 2013-cü ilədək təqdim olunmalıdır.

Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:

Tel.: 4931122 (126).
Əlaqələndirici şəxs: AMB-nin Hüquq departamentinin əməkdaşı Kamal Hüseynli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti