...

Bakıda Dünya İqtisadi Forumunun keçiriləcəyi tarix məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Mart 2013 13:26 (UTC +04:00)
Dünya İqtisadi Forum (World Economic Forum - WEF) Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda tədbir keçirəcək.
Bakıda Dünya İqtisadi Forumunun keçiriləcəyi tarix məlum oldu

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir A. Axundov/

Dünya İqtisadi Forumu (World Economic Forum - WEF) Bakıda aprelin 7-8-də "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda tədbir keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Forumun yaydığı məlumatda deyilir.

"Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadiyyatı son onilliklər ərzində əhəmiyyətli dərəcədə artıb və inkşaf edib. Bu inkişafın əsasında bir sıra ölkələr dayanıb: Azərbaycan iqtisadiyyatın ikirəqəmli artım göstəricilərini nümayiş etdirdi; Qazaxıstan, regiondakı digər ölkələrlə yanaşı, biznesin genişlənməsində böyük uğurlar əldə edib. Region ölkələrinin əksəriyyətində 2013-cü ildə ÜDM-in 5-7 faiz səviyyəsində artacağı gözlənilir", - məlumatda bildirlir.

Tədbirdə vəziyyətin qiymətləndirilməsi, həmçinin sənaye, təbii resurslar, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə, dağ-mədən işləri, telekommunikasiya kimi sahələrdə yeni imkanların üzə aşkar edilməsi məsələləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti