...

"AtaSığorta" avtomobil sahiblərinin icbari sığortaya çıxışını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2013 14:33 (UTC +04:00)
"AtaSığorta" ASC avtonəqliyyat vasitəsi sahiblərini mülki məsuliyyətini sığortalamağa çağırır.
"AtaSığorta" avtomobil sahiblərinin icbari sığortaya çıxışını genişləndirib

Azərbaycan, Bakı,11 mart /Trend/

"AtaSığorta" ASC avtonəqliyyat vasitəsi sahiblərini mülki məsuliyyətini sığortalamağa çağırır. Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, avtomobil sahibləri icbari sığorta şəhadətnaməsini "AtaBank" ASC-nin bütün filiallarından və "Azpetrol" Yanacaq Doldurma Məntəqələrindən rahat əldə edə bilərlər. Həmçinin, sığorta şəhadətnamələrinin müddəti bitməkdə olan sığortalılara göstərilən ünvanlarda şəhadətnamələrinin yenilənməsi imkanı da təklif olunur.

Qeyd edək ki, "AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. "AtaSığorta" İcbari Sığorta Bürosunun təsisçilərindən biri və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti