...

Azərbaycanda yol tikintisi ilə bağlı tender elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 11:31 (UTC +04:00)
Qazax Rayon İcra Hakimiyyəti 15 yaşayış məntəqəsini birləşdirəcək Qazax-Quşçu -Ayrım avtomobil yolunun tikintisi ilə bağlı tender elan edib.

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

Qazax Rayon İcra Hakimiyyəti 15 yaşayış məntəqəsini birləşdirəcək Qazax-Quşçu -Ayrım avtomobil yolunun tikintisi ilə bağlı tender elan edib. Trend-in məumatına görə, bu barədə bazar ertəsi "Respublika" qəzetində dərc olunmuş məlumatda deyilir.

Tenderdə iştirak etmək istəyənlər ərizə və digər sənədləri 2 may saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə 10 may saat 17:00-dək təqdim etməlidirlər.

Tender təkliflərinin açılışı 11 may saat 15:00-da olacaq. Tenderdə iştirak haqqı 200 manat təşkil edir.

Tenderlə bağlı əlavə məlumatı əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:

Qazax Rayon İcra Hakimiyyəti
Tel.: (+ 994 22) 295 13 83.
Əlaqələndirici şəxs: Mehdi Həsənov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti