...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 52 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 16:22 (UTC +04:00)
2013-cü ilin birinci rübündə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 39,99 faiz azalaraq 1,608 milyard manat təşkil edib.
Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 52 faizdən çox artıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Axundov/

2013-cü ilin birinci rübündə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 39,99 faiz azalaraq 1,608 milyard manat təşkil edib. Bu barədə bazar ertəsi Trend-ə BFB-dən məlumat verilib.

Ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının 41,88 faiz azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı 52,79 faiz artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi yanvar-mart aylarında 1,53 milyard manatı, korporativ kağızlar bazarının dövriyyəsi isə 82 milyon manatı ötüb.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

2013 (31.03.13)

2012 (31.03.12)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AR MN) - (yerləşdirmə)

0,00

0

0,00

0

-

Dİ (AR MN) -

(təkrar bazar)

0,00

0

663 315,84

1

-

Notlar (AR MB) - (yerləşdirmə)

119 871 034,67

42

294 564 796,09

76

40,69%

Notlar (AR MB) -

(təkrar bazar)

43 955 612,02

4

4 079 646,24

2

1077,44%

Repo əməliyyatları

1 362 099 487,01

128

2 326 351 022,15

330

58,55%

DQK bazarı cəmi

1 525 926 133,70

174

2 625 658 780,32

409

58,12%

Korporativ istiqrazlar - (yerləşdirmə)

12 525 001,00

22

12 370 335,00

14

101,25%

Korporativ istiqrazlar - (təkrar bazar)

21 619 651,11

22

24 313 096,36

14

88,92%

Səhmlər - (yerləşdirmə)

45 020 620,54

45

16 565 800,00

18

271,77%

Səhmlər - (təkrar bazar)

2 867 039,67

805

440 472,51

791

650,90%

KQK bazarı cəmi

82 032 312,32

894

53 689 703,87

837

152,79%

Cəmi

1 607 958 446,02

1 068

2 679 348 484,19

1 246

60,01%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK - Korporativ qiymətli kağızlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti