...

Azərbaycanda əhalinin gəlirləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 17:07 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manat təşkil edib, onun hər nəfərə düşən həcmi 517,6 manat və ya ayda orta hesabla 258,8 manat olub.
Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanda əhalinin gəlirləri artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manat təşkil edib, onun hər nəfərə düşən həcmi 517,6 manat və ya ayda orta hesabla 258,8 manat olub.

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin həmin dövr ərzində bahalaşmasını 3,4 faiz bəndi üstələyib, başqa sözlə hər nəfərə real gəlirlər 3,3 faiz artıb.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 4,3 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,4 faiz çox vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti