...

Azərbaycanda ümumi daxili məhsulun həcmi 1,8 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 17:14 (UTC +04:00)
2013-cü ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında 8,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Azərbaycanda ümumi daxili məhsulun həcmi 1,8 faiz artıb

Azərbaycan, Bakı, 1 aprel /Trend/

2013-cü ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında 8,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 4,1 milyard manat və ya ÜDM-in 48,9 faizini təşkil edib. Eyni zamanda, neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 2,6 faiz azalıb.

ÜDM-in 54,6 faizi sənayedə, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,1 faizi tikintidə, 7,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6 faizi nəqliyyat və anbar təsərrüfatında, 2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 11,4 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilib.

Bu dövrdə tikintidə əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 24,8 faiz, informasiya və rabitə xidmətlərində 16 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,3 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 3,4 faiz artıb.

Neft və qaz hasilatı sahələrində yaradılmış əlavə dəyər 3,5 faiz azalsa da, emal sənayesində 14,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 1,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə 1,1 faiz, artım müşahidə edilib.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 902,6 manat (1150,1 ABŞ dolları) təşkil edərək 1,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti