...

"PAŞA Həyat Sığorta" istehsalatda ölüm faktı üzrə iri məbləğdə ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 13:04 (UTC +04:00)
Азербайджанская компания по страхованию жизни PAŞA Həyat Sığorta осуществила крупную выплату по обязательному страхованию работников от несчастных случаев и профессиональных заболеваний на производстве.
"PAŞA Həyat Sığorta" istehsalatda ölüm faktı üzrə iri məbləğdə ödəniş edib


Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycanın dinamik inkişaf edən, həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş verib. Belə ki, "PAŞA Həyat Sığorta" ASC-də sığortalanan həmin müəssisənin işçisi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bağlanmış icbari sığorta müqaviləsində qeyd olunan müvafiq şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"nın müvafiq bəndi tətbiq edilməklə 37,793 min manat həcmində birdəfəlik sığorta ödənişi vəfat etmiş sığorta olunanın faydalanan şəxsinə ödənilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən indiyədək "PAŞA Həyat Sığorta2 şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 142 min manatdan çox sığorta ödənişi verilib.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti