...

Azərbaycanın lizinq şirkəti 14 faiz gəlirliliyə malik istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 14:12 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "FinansLizinq" ASC-nin ümumi dəyəri 500 min manat olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın lizinq şirkəti 14 faiz gəlirliliyə malik istiqrazlar buraxıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "FinansLizinq" ASC-nin ümumi dəyəri 500 min manat olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Fond Birjasından (BFB) bildiriblər.

Lizinq şirkəti, həmçinin istiqrazlarının BFB-nin qeyri-kotirovka vərəqinə salınması üçün birjaya müraciət edib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 1000 istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti illik 14 faiz gəlirlik və faiz ödənişinin müddəti 90 gün olmaqla 720 gün təşkil edir. Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası tərəfindən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti