...

"Amrahbank"ın gəlirləri 15 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 17:54 (UTC +04:00)
2012-ci ildə "Amrahbank" ASC-nin gəlirləri 2011-ci illə müqayisədə 15 dəfə artaraq 2,07 milyon manat təşkil edib.
"Amrahbank"ın gəlirləri 15 dəfə artıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

2012-ci ildə "Amrahbank" ASC-nin gəlirləri 2011-ci illə müqayisədə 15 dəfə artaraq 2,07 milyon manat təşkil edib. Bu barədə çərşənbə axşamı Trend-ə bankdan məlumat verilib.

2013-cü il yanvarın 1-nə olan nəticələrinə görə, "Amrahbank"ın aktivlərinin həcmi 113 milyon manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur.

Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,9 faiz artaraq 76,6 milyon manat, o cümlədən istehlak kreditlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,1 faiz artaraq 47,7 milyon manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,1 faiz artaraq 72,2 milyon manat, o cümlədən əhalinin əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 43,9 milyon manat təşkil edib.

Eyni zamanda, bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz artaraq 25,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti