...

"Expressbank"ın Bakıda yeni filialı fəaliyyətə başladı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2013 09:00 (UTC +04:00)
"Expressbank"ın Bakı şəhərində yeni “Əcəmi” filialı fəaliyyətə başlayıb. Bank yeni filialın məkan seçiminə hərtərəfli yanaşıb və nəticədə əhalinin sıx məskunlaşdığı ərazidə - “Memar Əcəmi” metrostansiyası yaxınlığında filial fəaliyyətə başlayıb.
"Expressbank"ın Bakıda yeni filialı fəaliyyətə başladı (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"Expressbank"ın Bakı şəhərində yeni "Əcəmi" filialı fəaliyyətə başlayıb. Bank yeni filialın məkan seçiminə hərtərəfli yanaşıb və nəticədə əhalinin sıx məskunlaşdığı ərazidə - "Memar Əcəmi" metrostansiyası yaxınlığında filial fəaliyyətə başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, yeni filialda müştərilərə rahat xidmət zonası təşkil olunub və günün 24 saatı fəaliyyət göstərən bankomat və "pay-point"lər quraşdırılıb. Bundan əlavə, filialda fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, depozitlərin qəbulu, bank kartları, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri göstərilir.

"Expressbank" aktiv olaraq filial şəbəkəsini genişləndirməyə davam edir və 2013-cü il ərzində bir sıra yeni filialların açılışı nəzərdə tutulub.

"Expressbank"ın fəaliyyəti və kampaniyaları barədə daha geniş və ətraflı məlumat üçün: www.expressbank.az saytı və ya 132 Məlumat Mərkəzinə zəng

Məqalədə:
Xəbər lenti

Xəbər lenti