...

Azərbaycan aparıcı KİV-lərin diqqət mərkəzindədir: Dünya İqtisadi Forumu Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2013 16:09 (UTC +04:00)
200-dən çox qlobal və regional biznes lideri, hökumət rəhbəri və vətəndaş cəmiyyətinin nümayəndəsi aprelin 7-8-də Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyi planlaşdırır.
Azərbaycan aparıcı KİV-lərin diqqət mərkəzindədir: Dünya İqtisadi Forumu Bakıya gəlir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Tariverdiyeva/

200-dən çox qlobal və regional biznes lideri, hökumət rəhbəri və vətəndaş cəmiyyətinin nümayəndəsi aprelin 7-8-də Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyi planlaşdırır. Forumda ev sahibi ölkənin iqtisadi uğurları diqqət mərkəzində olacaq. Trend-in məlumatına görə, bu barədə "Reuters" və "Herald Online" kimi aparıcı mətbuat orqanlarının saytları məlumat verir.

Məlumatda deyilir ki, Bakıda keçiriləcək tədbir Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyinə dair məsələ üzrə strateji dialoq qismində təqdim edilib və regionun inkişafı və investisiya yatırılması üçün imkanlar yaradacaq. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, regionun inkişafı 5 faizdən 7 faizədək artım göstərəcək, hərçənd Avropa iqtisadi eniş təhlükəsi ilə üzbəüzdür.

"Forumda, əsasən, sənaye, təbii resurslar, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə və telekommunikasiya sahələri ilə bağlı məsələlər müzakirə ediləcək", - məlumatda qeyd edilir.

Həmçinin, diqqət mərkəzində bilavasitə iqtisadiyyat və Azərbaycanın iqtisadi inkişafı məsələləri olacaq.

Məlumatda bildirilir ki, Azərbaycan haqqında "Azərbaycanın baxışı: yeni iqtisadiyyat yolunda" adlı ayrıca sessiyada bəhs ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti