...

Türkmənistanın iqtisadiyyat və inkişaf naziri Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 11:35 (UTC +04:00)
Türkmənistanlı nazir səfər zamanı, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə Azərbaycan höküməti ilə də görüşlər keçirəcək.
Türkmənistanın iqtisadiyyat və inkişaf naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir V. Javoronkova /

Türkmənistanın iqtisadiyyat və inkişaf naziri Babamirat Taqanov 7-8 aprel tarixlərində Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə cümə axşamıTürkmənistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Türkmənistanlı nazir səfər zamanı, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə Azərbaycan höküməti ilə də görüşlər keçirəcək.

Forumun rəsmi saytında yayılan məlumata görə, WEF Bakıda aprelin 7-8-də "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda tədbir keçirəcək.

Bakıda təşkil olunan forumda vəziyyətin qiymətləndirilməsi, həmçinin sənaye, təbii resurslar, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə, dağ-mədən işləri, telekommunikasiya kimi sahələrdə yeni imkanların aşkar edilməsi məsələləri müzakirə olunacaq. Forum regional və qlobal oyunçular üçün regionun gələcək inkişafının qiymətləndirilməsi baxımından əhəmiyyətli platformadır. "Tədbir, həmçinin Cənubi Qafqazda və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyanın inkişafına töhfə verəcək"- WEF saytında qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti