...

Azərbaycanda şimal bölgəsində turizmin inkişafı üçün xüsusi proqram hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A. Axundov/

Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı ilə birlikdə ölkənin şimal bölgəsində turizmin inkişafına dair xüsusi proqram layihəsi hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Regionlarda turizm potensialının genişləndirilməsi üzrə dövlətin ən böyük layihəsi hazırda Quba, Xaçmaz və Şabranda turizmin inkişafına dair proqramıdır. Biz hazırda onu nəzərdən keçiririk və hökumətə təqdim edəcəyik" , - Qarayev qeyd edib.

Onun sözlərinə görə, əgər 10 il əvvəl Azərbaycanın regionlarında turistlər üçün elementar şərait olmadığı halda, indi normal mehmanxananın olmadığı və zəruri turizm xidmətlərinin göstərilmədiyi region yoxdur.

"Hər regionda az və ya çox dərəcədə belə şərait yaradılıb" , - Qarayev bildirib.

Onun sözlərinə görə, regionların inkişaf prioritetlərinin və onların ixtisaslaşdırılmasının müəyyənləşdirilməsi üzrə tapşırıqlara uyğun olaraq nazirlik Azərbaycanda prioritetlər arasında turizmin inkişafının xüsusi yer tutduğu yeddi regionun mövcud olduğunu müəyyənləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti