...

Azərbaycanda üçulduzlu hotellər tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 14:01 (UTC +04:00)
Azərbaycan 2015-ci ildə keçirləcək Birinci Avropa Olimpiya Oyunlarına qədər paytaxtda üç ulduzlu otellərin çatışmazlığı problemini həll etmək niyyətindədir.
Azərbaycanda üçulduzlu hotellər tikiləcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan 2015-ci ildə keçirləcək Birinci Avropa Olimpiya Oyunlarına qədər paytaxtda üçulduzlu hotellərin çatışmazlığı problemini həll etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

"Bəzi layihələrə start verilib və gələn ilin ortalarında siz Bakıda 5-6 ədəd üçulduzlu otelin tikintisinin şahidi olacaqsınız. Onlar Oyunların keçirilməsi ərəfəsində fəaliyyətə başlayacaq", -deyə, Qarayev bildirib.

Onun sözlərinə görə, nazirlik bu istiqamətdə işlər görür.

"Biz qanunvericilik bazasını yaradırıq, məsləhətlər veririk, lazımi köməkliyi göstəririk",- Qarayev bildirib.

Azərbaycanda hazırda 514 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti