...

Sahibkarların maarifləndirilməsi məqsədilə Goranboyda treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 16:51 (UTC +04:00)
Aprelin 4-də İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboy rayonunun əsasən məcburi köçkünlərin məskunlaşdığı Ağcakənd qəsəbəsində sahibkarlar üçün “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Sahibkarların maarifləndirilməsi məqsədilə Goranboyda treninq keçirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Aprelin 4-də İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboy rayonunun əsasən məcburi köçkünlərin məskunlaşdığı Ağcakənd qəsəbəsində sahibkarlar üçün "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir", "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, strateji planlaşdırmanın, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az portalları, onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti