...

Bakının bir sıra qəsəbələrində su olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 19:04 (UTC +04:00)
Sabah Bakının bir sıra qəsəbələrində su olmayacaq.
Bakının bir sıra qəsəbələrində su olmayacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Sabah Bakının bir sıra qəsəbələrində su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik paylayıcı şirkəti tərəfindən yüksək gərginlikli elektrik xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar ərazidə yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bununla əlaqədar 5 aprel 2013-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti