...

İstehlaka yararsız məhsullar satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 19:10 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar satışdan çıxarılıb.
İstehlaka yararsız məhsullar satışdan çıxarılıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar satışdan çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nərimanov, Binəqədi, Nəsimi, Yasamal rayonlarında, Mingəçevir, Zərdab, Qusar, Tərtər şəhərlərində, Abşeron və Ağstafa rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 750 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti