...

Natiq Əliyev: Azərbaycanda ölkənin sənayeləşdirilməsi üzrə proqram hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2013 13:48 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyi ölkənin sənayeləşdirilməsi üzrə dövlət proqramı hazırlayıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev deyib.
Natiq Əliyev: Azərbaycanda ölkənin sənayeləşdirilməsi üzrə proqram hazırlanıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A. Axundov/

Sənaye və Energetika Nazirliyi ölkənin sənayeləşdirilməsi üzrə dövlət proqramı hazırlayıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Biz sənayenin bu və ya digər sahələrinin inkişafı üçün təkliflərimizi mütəmadi olaraq təqdim edirik. Bundan başqa, nazilrik Cənubi Koreyadan olan mütəxəssislərlə birlikdə Azərbaycanın sənayeləşdirilmısi və onun yolları üzrə geniş proqram hazırlayıb. Bu sənəd artıq hazırlanıb", - Əliyev deyib.

Onun sözlərinə görə, Cənubi Koreyanın təcrübəsinə əsaslanan sənəddə sənaye inkişafının prioritet istiqamətləri və bunu tətbiq etmək üçün zəruri olan tədbilər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti