...

Bakıya içməli su fasilələrlə veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2013 17:28 (UTC +04:00)
Bakının bir sıra rayonlarında su olmayacaq.
Bakıya içməli su fasilələrlə veriləcək

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Bakının bir sıra rayonlarında su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yay aylarında Bakı şəhəri və onun qəsəbələrinin, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr dəyişdirilir, nasosxanaların istismar vəziyyətinə nəzarət olunur. Bu işlər çərçivəsində "+ 110 Şərq" su anbarında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Bununla əlaqədar qarşıdakı günlərdə Bakının Sabunçu, Suraxanı, Nizami və Xətai rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Bununla əlaqədar "Azərsu" ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etməyi və israfçılığa yol verməməyi tövsiyə edir, yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti