Azərbaycan, Bakı, 5 aprel /Trend/
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın "Brinks Qlobal Servisiz" şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.
Fonddan Trend-ə verilən məlumata görə, bununla da ARDNF tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 4 tona (128 600 troya unsiyası) çatdırılıb.
5 Aprel 2013-cü il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 18 666 kq (600 146 troya unsiyası) təşkil edir.