...

Dövlət Dəniz Administrasiyasının tabeliyində yeni idarə yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2013 18:41 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsinin yaradılması barədə qərar qəbul edib.
Dövlət Dəniz Administrasiyasının tabeliyində yeni idarə yaradılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Nazirlər Kabineti Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsinin yaradılması barədə qərar qəbul edib. Bu barədə Trend cümə günü Kabinetin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, Dövlət Dəniz Administrasiyasına Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasnaməsini və strukturunu təsdiq etmək tapşırılib. Öz növbəsində, Maliyyə Nazirliyinə idarənin saxlanılması üçün dövlət büdcəsindən müvafiq vəsaitin ayrılmasını təmin etmək tapşırılıb.

Bundan başqa, Nazirlər Kabineti Nəqliyyat və Texniki-Təminat İdarəsinin "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"na salınması barədə qərar qəbul edib.

Bu qərarlar imzalandığı gündən - aprelin 4-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti