...

Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2013 14:27 (UTC +04:00)
Aprelin 6-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün treninq keçirilib. Bu barədə şənbə günü nazirlikdən Trend-ə daxil olan məlumatda deyilir.
Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Aprelin 6-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün treninq keçirilib. Bu barədə şənbə günü nazirlikdən Trend-ə daxil olan məlumatda deyilir.

"Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də Bakı şəhəri və qəsəbələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak etmişdir.

Tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi" Proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilmiş, mövzular üzrə təqdimatlar keçirilmişdir.

Treninq iştirakçıları həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.azwww.b2b.az elektron portalları, onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılmışdır.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti