...

Baş nazirin müavini: Mərkəzi Asiya regionuna yatırılan birbaşa sərmayələrin 80 faizi Qazaxıstanın payına düşür (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 13:54 (UTC +04:00)
Qazaxıstanda işsizlik səviyyəsi sabit qalaraq 5,5 faiz göstəricini ötmür. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qazaxıstanın baş nazirinin müavini Bakıtcan Saqintayev Ümumdünya İqtisadi Forumunun açılışında çıxışı zamanı qeyd edib.
Baş nazirin müavini: Mərkəzi Asiya regionuna yatırılan birbaşa sərmayələrin 80 faizi Qazaxıstanın payına düşür (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar altıncı abzasdan sonra əlavə olunub (ilk xəbər 10:34-də çıxıb)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Əliyev /

Qazaxıstanda işsizlik səviyyəsi sabit qalaraq 5,5 faiz göstəricini ötmür. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qazaxıstanın baş nazirinin müavini Bakıtcan Saqintayev Ümumdünya İqtisadi Forumunun açılışında çıxışı zamanı qeyd edib.

"Mütəxəssislərin qiymətləndirmələrinə görə, Qazaxıstan MDB ölkələri arasında sərmayə yatırımı üçün ən cəlbedici ölkələrdən biridir. 1993-cü ildən bəri Qazaxıstana 160 milyard ABŞ dolları həçmində birbaşa sərmayə yatırılıb",- o bildirib.

Saqintayevin sözlərinə görə, Mərkəzi Asiyaya regionuna yatırılan birbaşa sərmayələrin 80 faizi Qazaxıstanın payına düşür.

Qazaxıstanın maliyyə potensialı, 87 milyard ABŞ dollarına çatan Milli Fondu da daxil olmaqla beynalxalq rezervləri artır.

"Ölkənin uğurlarını, həmçinin Ümumdünya İqtisadi Forumunun təşkil etdiyi reytinq də sübut edir. Belə ki, Qazaxıstan beynəlxalq rəqabətədavamlılıq indeksinə görə bir il ərzində 21 pillə irəlliləyərək inkişaf etmiş ölkələri qabaqlayıb və 51-ci pilləni tutub. İnnovasiyalar, texnologia sahəsində yeniliklər ölkənin iqtisadi bünövrəsinin müasirləşməsini tələb edir", - o bildirib.

"Bununla əlaqədər olaraq 2010-cu ildən ölkənin yerli sənayesinin şaxələndirilməsinə yönəldilmiş inkişaf proqramı reallaşırdılır" - o bildirib.

Saqintayev deyib ki, hazırda Qazaxıstanda 770-dən artıq layihənin həyata keçirilməsi planlaşdırılıb ki, bu da 200 mindən çox iş yerinin açılması deməkdir.

"Ötən il ərzində 530-dən artıq müəssisə istismara verilib. Həmin müəssisələr tamamilə yeni istehsalatların buraxılışını həyata keçirməyə, infrastrukturu modernləşdirməyə imkan verir. Proqramı dəstəkləmək üçün 9 iqtisadi zona, texnoparklar, sənaye parkları fəaliyyət göstərir, biznesin dəstəklənməsi məqsədilə müxtəlif maliyyə və qeyri-maliyyə tədbirləri nəzərdə tutulub. Bununla əlaqədar olaraq, regionu əməkdaşlığa və şirkətlərimiz və müəssisələrimiz arasında kooperasiyaya dəvət edirik" , - baş nazirin müavini qeyd edib.

"Mən Mərkəzi Asiya və Qafqaz ölkələrilə əməkdaşlığın bəzi perspektivli istiqamətləri üzərində dayanmaq istərdim. Avropa və Asiyanın kəsişməsində coğrafi mövqeyi nəzərə alsaq, ölkənin əhəmiyyətli nəqliyyat və logistik potensialı var.

Onun sözlərinə görə, Qazaxıstan Şərq və Qərb arasında körpünün əvvəlki nəqliyyat funksiyalarının bərpa edilməsi üzrə işləri aktivləşdirib.

O deyib ki, bu məqsədlə Qərb-Şərq, Şimal-Cənub istiqamətləri üzrə bəzi vacib layihələr reallaşdırılır.

"Bunlar dənizə çıxışı olmayan və beynəlxalq bazarlardan uzaq yerləşən Qazaxıstan və Mərkəzi Asiya ölkələri üçün ticarətin və iqtisadi mübadilənin artması məqsədilə yeni imkanlar açan layihələrdir. O cümlədən biz "Qərbi Avropa-Qərbi Çin" avtomobil magistralının tikintisini həyata keçiririk", - Saqintayev deyib.

Onun sözlərinə görə, mayın 26-da Astanada növbəti Astana İqtisadi Forumu baş tutacaq.

Saqintayev deyib ki, forumun keçirilməsində məqsəd bir çox dövlətlərin üzləşdiyi aktual beynəlxalq və regional problemlərin həlli yollarının axtarışıdır.

Bakıda bazar ertəsi "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Ümumdünya İqtisadi Forumunun tədbiri keçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti