...

Azərbaycanda 3500-dən çox əmək müqaviləsinin bağlatdırılması təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 17:40 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 dəfə çox, yəni 3538 nəfərlə əmək müqaviləsinin bağlatdırılması təmin edilib.
Azərbaycanda 3500-dən çox əmək müqaviləsinin bağlatdırılması təmin edilib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 dəfə çox, yəni 3538 nəfərlə əmək müqaviləsinin bağlatdırılması təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümumiyyətlə, cari ilin ilk üç ayında Xidmət tərəfindən 1895-i özəl sektora aid ümumilikdə 2231 müəssisə və təşkilatda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib.

Həmçinin vətəndaşlardan, müəssisə və təşkilatlardan daxil olmuş 941 ərizə və 289 sorğu araşdırılıb. Dövlət nəzarətinin həyata keçirilməsi və müraciətlərin araşdırılması zamanı iş yerlərində 4075 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib, inzibati xətalara görə 78 770 manat cərimə tətbiq olunub.

Qeyd olunan müddətdə ümumilikdə 249 590 manat məbləğində gecikdirilmiş ödəmələrin, o cümlədən 227 652 manat əməkhaqqının, 11 992 manat zərərə görə ödəncin, 9946 manat sosial müavinət və kompensasiyanın ödətdirilməsi, əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 11 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti