...

Özəl şirkətlər dövlət müəssələrinə investisiyalar üzrə müqavilə bağlamaq hüququna malik deyillər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2013 13:56 (UTC +04:00)
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Sumqayıt boru prokat zavodu ("Azərboru" ASC) və Daşkəsən filiz saflaşdırma kombinatının yenidən qurulmasını nəzərdə tutan investisiyalar barədə məlumatı təkzib edib.
Özəl şirkətlər dövlət müəssələrinə investisiyalar üzrə müqavilə bağlamaq hüququna malik deyillər

Azərbaycan, Bakı, 9 aprel/Trend, müxbir İ. Məmmədli/

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Sumqayıt boru prokat zavodu ("Azərboru" ASC) və Daşkəsən filiz saflaşdırma kombinatının yenidən qurulmasını nəzərdə tutan investisiyalar barədə məlumatı təkzib edib. İnvestisiyaları dünən "Baku Steel Company" ASC-nin xarici tərəfdaşları ilə imzaladığı müqavilələr çərçivəsində həyata keçirmək planlaşdırılır.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya ilə şöbəsinin rəhbəri Qulu Xəlilov çərşənbə axşamı Trend-ə bildirib ki, bu səhmdar cəmiyyətləri dövlət mülkiyyətindədir və heç bir özəl şirkət onların fəaliyyətinin inkişafına investisiya yatıra bilməz.

"Boru prokat zavodu və filiz saflaşdırma kombinatı dövlətin 100 faizlik mülkiyyətindədir və özəl şirkətin heç bir nümayəndəsinin onların fəaliyyətilə bağlı müqavilə imzalamaq hüququ yoxdur" , - Xəlilov qeyd edib.

"Baku Steel Company"nin çərşənbə axşamı yaydığı məlumata görə, aprelin 8-də Bakıda keçirilmiş Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində "Baku Steel Company" MMC-də dünyanın metallurgiya və maşınqayırma sahəsində fəaliyyət göstərən bir sıra aparıcı şirkətləri ilə işgüzar görüşlər keçirilib və müqavilələr imzalanıb. İlk tədbirdə MMC Almaniyanın "SMS Simag" şirkəti ilə müqavilə imzalayıb. "SMS Simag" şirkətinin Baş Direktoru Burhard Dahmen və "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı razılaşmada bildirilir ki, "Baku Steel Company" MMC şirkəti "Gəncə şəhərində soba-çalovdan, kombinə edilmiş PFTM, habelə Stekel/TLS yayma dəzgahından ibarət olan inteqrasiya edilmiş metallurgiya istehsalatının yaradılması ilə bağlı layihənin eksklyuziv öyrənilməsinə dair razılaşma əldə ediblər.

Görüşdə qeyd edilib ki, gələcəkdə 1.1 milyard avro sərməyə qoyulmaqla, yaxın dövrdə Sumqayıt Boru-Prokat zavodunun yenidən qurulması da planlaşdırılır. Layihə reallaşdıqdan sonra 1.8 milyon ton hazır məhsul və 1,8 milyon ton bərpa olunmuş filiz konsentrantı istehsal etməyə imkan yaranacaq. Bu layihə Azərbaycanı bütün regionunda ən böyuk metal istehsalçısına çevirəcək.

Bu gün Almaniyanın "Siemens" VAİ şirkətinin nümayəndələri ilə də görüş keçirilmış və anlaşma memorandumu imzalanıb. "Siemens" VAİ şirkətinin vitse-prezidenti Alferd Pisinger və "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə mövcud Filiz Saflaşdırma Kombinatının yerində tamamilə yeni, illik hasilatı 5 000 000 ton dəmir konsentratı olan müasir tipli kombinat inşa ediləcək. BSC yeni metallurgiya kombinatının tikintisinə 300 milyon avro investisiya qoymaq niyyətindədir.

"Simens" VAİ texnologiyalar, modernləşdirmə, məhsullar və xidmətlər sahəsində malik olduğu kompleks portfeli, habelə elektrik avadanlığı və avtomatlaşdırma sistemləri sahəsində yüksək peşəkarlığı ilə metallurgiya sənayesi üçün avadanlığın bütün istismar dövrü ərzində aparıcı tərəfdaş kimi fəaliyyət göstərir. Bu şirkət layihənin həyata keçirilməsi üçün "Baku Steel Company" MMC-nin xüsusi avadanlığın quraşdırılması, mühəndislik, habelə müvafiq xidmətlərin göstərilməsini təklif və təchiz etməkdə maraqlıdır.

"Baku Steel Company" MMC hazırda yeni inşa olunacaq istehsalat üçün 50 tonluq elektrik qövs sobasının, yeni yayma xəttinin, müasir qaztutucu qurğunun və FKO-nun qurulması istiqamətində "Simens VAİ" şirkətinə öz sifarişini verib. Bundan sonra da hər iki şirkət layihənin işlənib hazırlanması və həyata keçirilməsi üçün sıx əməkdaşlıq etmək niyyətindədirlər. Anlaşma Memorandumu imzaladığı gündən qüvvəyə minir. Tədbirdə Amerikanın "Midrex" şirkətinin nümayəndələri də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti