...

“AtaBank” “Novruz şansı” müsabiqəsinin qalibini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 11:22 (UTC +04:00)
"AtaBank" ASC-nin 19 mart 2013-cü il tarixindən Facebook səhifəsində "Novruz şansı" adı altında start verdiyi hədiyyəli kampaniyanın qalibi Elşən Mustafayev olub.
“AtaBank”   “Novruz şansı” müsabiqəsinin qalibini müəyyən edib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"AtaBank" ASC-nin 19 mart 2013-cü il tarixindən Facebook səhifəsində "Novruz şansı" adı altında start verdiyi hədiyyəli kampaniyanın qalibi Elşən Mustafayev olub. Bu barədə Trend-ə çərşənbə günü bankdan daxil olan məlumatda bildirilir.

Qalibə "AtaBank" ASC-dən balansında 100 manat olan "Visa" kartı təqdim edilib. Novruz bayramı ərəfəsində start verilən müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini yüksəltmək və onlara bu bayram günlərində sevinc hissi bəxş etmək oub.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük banklardan biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə bankın səhifəsini ziyarət edə bilərlər - www.facebook.com/ AtaBank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti