...

Şahin Mustafayev: AYİB-in Azərbaycanda portfelinin şaxələndirilməsi üçün geniş potensial mövcuddur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 15:04 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvləri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Şahin Mustafayev: AYİB-in Azərbaycanda portfelinin şaxələndirilməsi üçün geniş potensial mövcuddur

Azərbaycan, Bakı, 10 aprel /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvləri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Görüşdə iqtisadi inkişaf naziri Şahin Mustafayev AYİB-in Direktorlar Şurasının ölkəmizə ikinci məsləhətləşmə səfərinin bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb, Azərbaycanın bu əməkdaşlığa böyük önəm verdiyini və bank tərəfindən dövlət və özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Bildirilib ki, indiyədək 117 layihə çərçivəsində AYİB tərəfindən Azərbaycana 2,1 milyard dollar kredit ayrılıb. AYİB-in Azərbaycandakı kredit portfelinin şaxələndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdıran nazir bu baxımdan kənd təsərrüfatı, sənaye parklarının fəaliyyətinin dəstəklənməsi sahəsində bankın təcrübəsinin əhəmiyyətini vurğulamış və ölkəmizdə özəl sektorun inkişafına töhfə verən fəal maliyyə institutu kimi AYİB-i özəl müəssisələrin birbaşa maliyyələşdirilməsi və səhm kapitalında iştirak üzrə fəaliyyətini daha da genişləndirməyə dəvət edib.

AYİB-in Direktorlar Şurasında Böyük Britaniya Birləşmiş Krallığından direktor Conatan Okenden Azərbaycanın qazandığı iqtisadi uğurların bankın diqqət mərkəzində olduğunu, AYİB və Azərbaycan arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini vurğulayıb.

AYİB-in nümayəndə heyətinin tərkibinə Mehmud Akçay, Erike Bal, Klara Krol, Corco Leççesi, Vasili Lelakis, Yan Maas, Conatan Okenden, Oyn Rayan, İoakim Şvarser, Artyom Şevalyov daxildir. Missiyanı, həmçinin AYİB-in Qafqaz, Moldova və Belarus üzrə direktoru Pol-Anri Forestye müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti