...

"Dow" şirkəti Bakıda ən son ultrafiltrasiya innovasiyalarını təqdim edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2013 19:14 (UTC +04:00)
"Dow Chemical Company" (Nyu-York Fond Birjasında: DOW) şirkətinin biznes bölümü olan "Dow Water & Process Solutions" (DW&PS) şirkəti aprel ayının 11-dən 13-dək Bakı şəhərində keçirilən Xəzər Beynəlxalq su texnologiyaları sərgisi və forumunda (CATEF) iştirak edir.
"Dow" şirkəti Bakıda ən son ultrafiltrasiya innovasiyalarını təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

"Dow Chemical Company" (Nyu-York Fond Birjasında: DOW) şirkətinin biznes bölümü olan "Dow Water & Process Solutions" (DW&PS) şirkəti aprel ayının 11-dən 13-dək Bakı şəhərində keçirilən Xəzər Beynəlxalq su texnologiyaları sərgisi və forumunda (CATEF) iştirak edir.

Sərgi çərçivəsində "DW&PS" şirkəti ultrafiltrasiya (UF) sistemi ilə bağlı kapital xərcləri 25%-dək azaldan və hər ultrafiltrasiya modulu üzrə su axını hasilatını (rəqib şirkətlərin 55 kvadratmetrlik ərazini əhatə edən və eyni həcmdə su axınını qəbul etməklə işləyən təmizləmə modulları ilə müqayisədə) 85%-ə qədər artıran ən son ultrafiltrasiya innovasiyalarını təqdim edir.

"Dow Water & Process Solutions" şirkətinin kommersiya məsələləri üzrə regional meneceri Gergeli Naqi (Gergely Nagy) deyib: "Biz innovativ həll variantlarını tətbiq etməklə texnoloji biliklərin fasiləsiz mübadiləsini təşviq etmək və bu istiqamətdə mühüm rol oynamaq əzmindəyik. Suyun təmizlənməsi ilə bağlı hazırda mövcud olan və gələcəkdə yarana biləcək çətinlikləri, xüsusilə də mədən, şəhər və sənaye təyinatlı inkişaf layihələri, içməli suyun təmizlənməsi, tullantı suların təkrar istifadəsi və suyun duzsuzlaşdırılma prosesinə hazırlıq çərçivəsində ilkin təmizlənməsi üzrə çətinlikləri aradan qaldırmaq üçün texnoloji proses və əməliyyatların optimallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Şirkətimizin hazırladığı "DOW IntegraFlo™" ultrafiltrasiya modulları bazarın təmin etdiyi istehsal amilləri əsasında innovasiyalı məhsulları tətbiq etməklə bazar problemlərinin öhdəsindən necə gəldiyimizə bariz nümunədir. "DOW IntegraFlo™" modulları UF texnologiyalarının rentabelliyini də əhəmiyyətli dərəcədə dəyişib".

"DOW IntegraFlo" məhsul xətti "Dow" şirkətinin ultrafiltrasiya sahəsində ən son yeniliyidir. "Dow" şirkətinin PVDF-dən (polivinilidenftorid və ya ftor tərkibli polimer) hazırlanan və məsaməli lifləri olan etibarlı membran sisteminə əsaslanan "IntegraFlo" modulları zamanın sınağından keçmiş texnologiya ilə yeni və daha səmərəli dizaynın vəhdətidir. Bu modullar sənaye şirkətlərinin və müəssisələrinin daim can atdıqları məqsədə nail olmaq, yəni suyun təmizlənməsi ilə bağlı ümumi xərcləri azaltmaq üçün "Dow" şirkətinin təklif etdiyi ən yeni məhsuldur. Daha geniş səthi olan "IntegraFlo" modulları kapital xərclərə nəzərəçarpacaq dərəcədə qənaət etməyə imkan verir.

"Dow Water & Process Solutions" şirkətinin təklif etdiyi texnologiyalar barədə daha ətraflı məlumat üçün Bakı Ekspo Mərkəzində keçiriləcək Xəzər Beynəlxalq su texnologiyaları sərgisi və forumunda "Dow" şirkətinin 1108 nömrəli stendinə yaxınlaşa bilərsiniz.

Bütün dünyada rasional və ekoloji cəhətdən təmiz sutəmizləmə texnologiyaları üzrə lider olan "Dow Water & Process Solutions" şirkəti qlobal müstəvidə mühüm və diqqətəlayiq rol oynayır. Biz suların daha təhlükəsiz və insanlar üçün daha münasib olmasına, ərzaq məhsullarının dad keyfiyyətlərinin yaxşılaşdırılmasına və dərman preparatlarının səmərəliliyini, müxtəlif sənaye sahələrinin isə məhsuldarlığını daha da təkmilləşdirməyə kömək edir və özündə suya və enerjiyə olan tələbatı birləşdirən ekoloji cəhətdən təmiz texnologiyaların işlənib hazırlanması prosesinə rəhbərlik edirik. "Dow Water & Process Solutions" şirkəti ion-mübadilə qatranları, əks-osmos membranları, ultrafiltrasiya membranları və elektro-deionizasiya məhsullarının geniş çeşidini təklif edir. Həmçinin, şirkət bir neçə mühüm sənaye sahələrində, o cümlədən sənaye və kommunal ehtiyaclar üçün su təchizatı, sənaye prosesləri, farmasevtika, energetika, məişət tullantı suları, eləcə də suyun və tullantı suların təkrar istifadəsi kimi sahələrdə güclü mövqeyə malikdir.

"Dow Water & Process Solutions" şirkəti haqqında daha ətraflı məlumat üçün www.dowwaterandprocess.com vebsaytına daxil ola bilərsiniz.

"Dow" şirkəti bəşəriyyətin ümumi rifahı naminə elmi və texnoloji nailiyyətlərdən istifadə edən çoxşaxəli kimya şirkətidir. Şirkət kimyanın imkanlarını və innovasiyalı texnologiyaları davamlı inkişaf prinsipi ilə birləşdirərək ən mühüm qlobal problemlərin (məsələn: təmiz içməli suyun təmin olunması, bərpa olunan enerji mənbələrinin yaradılması və enerjiyə qənaət olunması, habelə kənd təsərrüfatında məhsuldarlığın artırılması kimi məsələlərin) həllində yaxından iştirak edir. "Dow" şirkətinin istehsal etdiyi məhsulların və işləyib hazırladığı qabaqcıl həll variantlarının zəngin çeşidi sürətlə inkişaf edən sənaye sahələrində (məs.: elektronika, su təchizatı, energetika, lak-boya materiallarının istehsalı və kənd təsərrüfatında) geniş tətbiq olunur. Şirkət dünyanın təxminən 160 ölkəsində öz sifarişçilərinə yüksək texnologiyalı materiallar, o cümlədən xüsusi təyinatlı kimya məhsulları, kənd təsərrüfatı üçün məhsullar və geniş çeşiddə plastik məmulatlar təklif edir.

2012-ci ildə "Dow" şirkəti təqribən 57 milyard ABŞ dolları həcmində illik satış göstəricisinə nail olmuşdur (dünya üzrə 54.000 nəfərdən ibarət işçi heyətlə yanaşı). Şirkətin məhsul çeşidinə dünyanın 36 ölkəsindəki 188 zavodda istehsal olunan 5.000-dən artıq məhsul növü daxildir.

Şirkət haqqında daha ətraflı məlumat üçün www.dow.com vebsaytına daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti