...

Zərdabda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2013 18:36 (UTC +04:00)
Aprelin 11-də Zərdab rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Korporativ idarəetmə”, “Biznes planların hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Zərdabda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Aprelin 11-də Zərdab rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Korporativ idarəetmə", "Biznes planların hazırlanması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə iştirakçılara Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin mahiyyəti, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahələrdə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, "Biznes planların hazırlanması" mövzusunda təqdimat keçirilib.

Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti