...

Kapital Bank "Müştəri-Bank" xidmətini istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 16:46 (UTC +04:00)
"Kapital Bank" daha bir yeni xidmət növünü istifadəyə verdi. "Müştəri-Bank" adlanan bu xidmət korporativ müştərilər üçün nəzərdə tutulub.
Kapital Bank "Müştəri-Bank" xidmətini istifadəyə verib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

"Kapital Bank" daha bir yeni xidmət növünü istifadəyə verdi. "Müştəri-Bank" adlanan bu xidmət korporativ müştərilər üçün nəzərdə tutulub. Bu barədə cümə günü bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

"Kapital Bank" fərdi müştəriləri üçün "İnternet Bankinq" xidmətini hələ 2011-ci ilin əvvəlindən istifadəyə vermişdi. "Müştəri-Bank" xidməti isə eyni imkanı korporativ müştərilər üçün yaradır. Bankın müştərisi olan və elektron imzaya malik hər bir hüquqi şəxs bundan faydalana bilər.

"Müştəri-Bank" xidməti banka gəlmədən internet vasitəsilə müvafiq struktur bölmədə olan hesab üzrə aşağıdakı əməliyyatları aparmağa imkan verir: son bir il ərzində aparılmış əməliyyatlara dair hesabdan çıxarışların alınması; valyuta məzənnələri və onlardakı dəyişikliklər haqqında məlumat; son bir il üzrə hesablaşma hesablarının vəziyyəti və həmin hesablar vasitəsilə aparılan əməliyyatlar haqqında məlumat; ödəniş tapşırıqlarının hazırlanması; ödəniş tapşırıqlarının təsdiqlənməsi; hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda saxlanması və gələcəkdə onlardan istifadə olunması; müştərinin kreditləri haqqında məlumatın alınması; müştərinin depozitləri haqqında məlumatın alınması.

Xidmətə yalnız bankın struktur bölməsinə müraciət etməklə qoşulmaq mümkündür. "Müştəri-Bank" xidmət haqqında daha ətraflı məlumatla Kapital Bankın www.kapitalbank.az internet səhifəsindən ətraflı məlumat almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti