...

Azərbaycanda tikintilərə və sürüşmə sahələrində tikililərin istismarına nəzarət güclənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 13:00 (UTC +04:00)
Azərbaycan höküməti müvafiq orqanlara tikintilərə və sürüşmə sahələrində yerləşən tikililərin istismarına nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verib.
Azərbaycanda tikintilərə və sürüşmə sahələrində tikililərin istismarına nəzarət güclənir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan höküməti müvafiq orqanlara tikintilərə və sürüşmə sahələrində yerləşən tikililərin istismarına nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verib. Trend-in məlumatına görə, bu barədə cümə günü Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında bildirib.

"Sürüşmələrin baş verməsinin səbəblərindən biri kimi evlərin, restoranların, avtomobil yuma məntəqələrinin sularının torpağa axıdılmasıdır. Məsələn, Badamdar qəsəbəsində yüksəkliklərdə tikilən evlərdə kanalizasiya sistemi olmayıb, əvəzində quyudan istifadə olunub. Nəticədə isə torpaq çökməyə başlayıb", -Şərifov bildirib.

Onun sözlərinə görə, hadisələrin səbəblərinin öyrənilməsi və onların nəticələrinin aradan qaldırması məqsədilə Fövqəladə Hallar Nazirliyinin, tikinti şirkətlərinin mütəxəsisiləri işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti