...

Baş nazirin müavini: Azərbaycan höküməti yaxın iki ildə sel daşqınlarının ağır nəticələrini gözləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 13:08 (UTC +04:00)
Azərbaycan höküməti yaxın iki ildə sel daşqınlarının ağır nəticələrini gözləmir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Baş nazirin müavini Abid Şərifov bildirib.
Baş nazirin müavini: Azərbaycan höküməti yaxın iki ildə sel daşqınlarının ağır nəticələrini gözləmir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan höküməti yaxın iki ildə sel daşqınlarının ağır nəticələrini gözləmir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Baş nazirin müavini Abid Şərifov bildirib.

"Bu gün Mingəçevir Su Anbarında suyun həcmi dövlət tərəfindən nəzarətdə saxlanılır. Anbardakı suyun tənzimlənməsi üçün xüsusi qaydalar qəbul olunub və artıq işləyir. Əgər əvvəl anbara saniyədə 300 kub metr həcmində su daxil olurdusa, indi bu həcm 650 kub metrdir. Lakin buna baxmayaraq, heç bir nəticə yoxdur. Bu nəticə suyun səviyyəsinin tənzimlənməsindən irəli gəlir. Əlbəttə, hər hansı zəmanət vermək olmaz, ancaq biz yaxın iki ildə sel daşqınlarının ciddi nəticələrinin olacağını gözləmirik", - Şərifov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti